…Alimlər keçəlliyin qarşısının alınmasına və müalicəsinə səbəb ola biləcək mühüm kəşf ediblər. Avstraliya Tibb Tədqiqatları İnstitutunun və Sinqapurdakı Duke-NUS Tibb Məktəbinin tədqiqatçıları tərəfindən aparılan bir araşdırma, MCL-1 zülalının saç follikulunun kök hüceyrələrinin (HFSC) düzgün işləməsi üçün vacib olduğunu müəyyən edib.
SİA-nın məlumatına görə, təcrübənin nəticələri “Nature Communications”-da dərc olunub.
…MCL-1 hüceyrə ölümünün əsas tənzimləyicisidir. Stress, yaşlanma, dərmanlar və ya genetik faktorlar səbəbindən onun səviyyəsi azalarsa, hüceyrələr həssas olur və ölməyə başlayır.
Və bu da öz növbəsində saç böyüməsinin dayanmasına səbəb olur.
MCL-1-in azalması hüceyrələrdə "həyəcan siqnalı" üçün cavabdeh olan P53 proteinini aktivləşdirir və onların məhv edilməsi prosesinə başlayır.
Tədqiqatçılar müəyyən ediblər ki, MCL-1 olmadan saç follikulunun kök hüceyrələri həddindən artıq yüklənir və öz-özünə məhv olmağa başlayır.
Alimlər bu müşahidəni siçanlarda zülalın fəaliyyətini dayandıraraq və saç tökülməsinə səbəb olaraq nümayiş etdiriblər.
Kəşf alopesiya kimi vəziyyətlər üçün yeni müalicə variantları açır və saç tökülməsinin qarşısını almaq üçün müalicə üsullarının inkişafına kömək edir.
MCL-1 səviyyələrini yüksəltmək və ya P53 kimi digər molekulları bloklamaq hüceyrə zədələnməsinin qarşısını ala və hüceyrələri canlı saxlaya bilər.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə