Vərəmə ilk dəfə yoluxanların sayı azalıb

2024- cü ildə ilkin vərəm hadisələrinin sayı əvvəlki illə müqayisədə 6,7% azalaraq 2 min 367 hadisə olub. SİA xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatında əks olunub.

Hesabata əsasən, əhali arasında 2023-cü ilə nisbətən kəskin bağırsaq infeksiyalarının yayılma səviyyəsi 16%, o cümlədən törədicisi müəyyən olunmuş enteritlərin yayılma səviyyəsi 14,7%, törədicisi müəyyən olunmamış enteritlərin yayılma səviyyəsi 16,7%, bruselyoz hadisələrinin sayı isə 29,9% azalıb.

Bununla yanaşı, hesabat ilində yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə zəruri qabaqlayıcı tədbirlərin həyata keçirilməsi davam etdirilib.

Belə ki, pandemiyanın əvvəlindən indiyədək 840 minə yaxın xəstəliyə yoluxmuş şəxsin epidemioloji araşdırılması, 2,5 mln. təmasda olan şəxsin müşahidədə saxlanılması təmin edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə