...Yanğın gecikdiricilərində istifadə olunan kimyəvi maddələr yanğınsöndürənlərdə beyin şişi riskini artıra bilər.
SİA-nın məlumatına görə, bununla bağlı dərc edilən araşdırma bu fikrə gəlməyə əsas verir.
Məsələ bundadır ki, yanğınsöndürənlər iş zamanı mütəmadi olaraq bu maddələrdən yararlanırlar.
Yale Universiteti və Massaçusets Ümumi Xəstəxanasının alimləri 17-si əvvəllər yanğınsöndürmə xidmətində çalışmış 35 qlioma xəstəsinin şiş nümunələrini tədqiq ediblər.
Təhlil göstərib ki, onların haloalkanların təsiri ilə əlaqəli spesifik mutasiya "barmaq izinə" malik olma ehtimalı əhəmiyyətli dərəcədə yüksəkdir.
O da məlum oldu ki, bu peşədə uzun illər keçirmiş insanlar üçün risk daha yüksəkdir. Yanğınsöndürənlərlə yanaşı, işlərində halogenləşdirilmiş karbohidrogenlərlə təmasda olan insanlarda, o cümlədən avtomobillərin rənglənməsi və avadanlıq təmiri işçilərində də oxşar mutasiyalar müşahidə olunub.
Əsərin müəllifləri yekun nəticə çıxarmaq üçün daha genişmiqyaslı tədqiqatlara ehtiyac olduğunu vurğulayırlar. Bununla belə, nəticələr artıq yanğınsöndürənləri potensial kanserogen maddələrdən qorumaq zərurətini gündəmə gətirir.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə