MGH-nin kardioloqu bu müayinələri həyata keçirir

Mərkəzi Gömrük Hospitalının komandasına yeni qoşulmuş Kardiologiya şöbəsinin kardioloqu Ləman Eyvazlını Sizə təqdim edirik. SİA xəbər verir ki, Ləman həkim 2017-ci ildə Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsini bitirmiş, 2019-2023-cü illərdə Mərkəzi Klinikanın Kardiologiya şöbəsində həkim-rezident kimi fəaliyyət göstərmişdir. O, 2023-cü ildən 9 mart 2025-ci ilədək Azərbaycanda müxtəlif özəl tibb müəssisələrində kardioloq kimi fəaliyyət göstərib.

Ləman həkim daim öz üzərində işləyir, tibbin son nailiyyətlərini öyrənir, bilik və bacarıqlarını zənginləşdirir. O, Mərkəzi Gömrük Hospitalında Transtorasik EXO, Pediatrik və Kongenital EXO, Transezofageal EXO, 3D və Strain EXO, Kardiak KT, Dobutamin Exo, Kardiak MRT müayinələrini icra edir.10 mart 2025-ci il tarixdən Kardiologiya şöbəsinin kardioloqu kimi fəaliyyətə başlayan Ləman həkimi bu münasibətlə təbrik edir və ona fəaliyyətində uğurlar arzulayırıq!

Bütün xəbərlər Facebook səhifəmizdə