...Dietoloq deyir ki, qışda sağlamlığı yaxşılaşdırmağın ən yaxşı yollarından biri çuğundur yeməkdir, çünki bu dövrdə orqanizm əlavə vitamin mənbələrinə ciddi ehtiyac duyur və çuğundur onlarla son dərəcə zəngindir.
SİA dietoloqa istinadən çuğundurun immunitet sistemini gücləndirdiyini və ürəyin fəaliyyətini yaxşılaşdırdığını bildirir.
...Çuğundur həm də hipertoniya ilə mübarizədə yaxşı köməkçidir. Tərkibində müəyyən zəruri nitratlar var ki, onlar orqanizmdə azot oksidinə çevrilir, qan damarlarını genişləndirir və qan dövranını yaxşılaşdırır.
Həkimin dediyinə görə, çuğunduru çiy yemək daha faydalıdır, lakin onu qaynadıb bişirmək və suyunu sıxmaq da olar. Amma şəkərli diabet, podaqra və ya urolitiyaz varsa, bu kök tərəvəzdən çox istifadə etməmək daha yaxşıdır.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə