Həkimlər piylənmənin yaratdığı beş təhlükəli xəstəliyin adını çəkiblər
...Mütəxəssislər qeyd edirlər ki, artıq çəki təkcə xarici görünüşə deyil, həm də daxili orqanların fəaliyyətinə təsir göstərir. Həddindən artıq çəki ürəyə, oynaqlara yükü artırır və orqanizmi xərçəngə qarşı daha həssas edir.
SİA-nın məlumatına görə, həkimlər bildirirlər ki, artıq çəki təkcə insanın görünüşünə və həyat keyfiyyətinə təsir etmir, həm də bir sıra çox ciddi və təhlükəli xəstəliklərin törədicisi ola bilər.
Həkimlər bədən kütləsi indeksinə əsasən piylənmənin olub-olmamasını müəyyən edirlər.
Deməli, bədən kütləsi indeksi 30-dan yuxarı olarsa, ürək-damar xəstəlikləri riski əhəmiyyətli dərəcədə artır və II tip diabetə səbəb olur eləcə də insulin müqavimətinə səbəb olur. Həmçinin, artıq çəki, oynaqlarda artan stress səbəbiylə, osteoartritin yoldaşıdır.
Bundan əlavə, obez olan insanlarda döş, kolon, uşaqlıq və digər xərçəng növlərinin inkişaf riski artır.
Həkimlər həmçinin xatırladıblar ki, piylənmə tez-tez tənəffüs problemlərinə səbəb olur.
Terapevt bildirib ki, piylənmə demans və əqli geriliyin inkişafına da səbəb ola bilər.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə