...Donuz böyrəyi köçürülən amerikalı qadın əməliyyatdan sonra yeni orqanla 61 gün yaşayaraq ən uzun ömür rekordu vurub.
SİA xəbər verir ki, bu barədə Associated Press məlumat yayıb.
Agentliyin məlumatına görə, xəstə özünü yaxşı hiss edib və normal həyat tərzini davam etdirib. Onu müalicə edən həkimi qeyd edib ki, transplantasiya edilmiş böyrəyin funksiyası bütün müşahidə müddəti ərzində “tamamilə normal” olaraq qalıb.
Daha əvvəl donuz böyrəyi transplantasiyası olan ilk xəstənin əməliyyatdan iki ay sonra 62 yaşında dünyasını dəyişdiyi bildirilirdi.
Lakin həkimlər onun ölümünü transplantasiya ilə əlaqələndirməyiblər. Əməliyyat 21 mart 2024-cü ildə aparılıb və xəstə iki həftə sonra evə buraxılıb.
“The New York Times” qəzetinin yazdığına görə, xəstədə orqan rəddi əlaməti müşahidə edilməyib və bu, prosedurun uğuru ilə bağlı qeyri-müəyyənlik yaradır.
Qeyd edək ki, əvvəllər geni dəyişdirilmiş donuz ürəyi alan iki xəstə də əməliyyatdan sonra yaranan fəsadlar səbəbindən bir neçə ay sonra dünyasını dəyişiblər.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə