...PFAS (perfluoroalkil və polifluoroalkil birləşmələri-A.B.) bir çox məişət məhsulunda tapılır və ABŞ-da su ehtiyatlarının 45 faizi bu birləşmə ilə çirklənir, bu da həmin ərazilərdəki insanların ağız, boğaz, özofagus və digər xərçəng növlərinin daha yüksək olmasına səbəb olur.
SİA-nın məlumatına görə, Cənubi Kaliforniya Universitetinin Kek Tibb Məktəbinin alimləri müəyyən ediblər ki, içməli suyun per və poliftoralkil birləşmələri ilə çirklənməsi xərçəngin müəyyən növlərinin inkişaf riskini 33 faiz artırır.
Alimlər 2016-cı ildən 2021-ci ilə qədər xərçəng hadisələri ilə bağlı məlumatlara, eləcə də ABŞ-da suda PFAS səviyyələrinə dair məlumatlara baxıblar.
Bunu edərkən onlar xərçəngin inkişafına təsir edə biləcək müxtəlif amilləri nəzərə alıblar. Suyun çirkləndiyi bölgələrdə insanların həzm, endokrin, tənəffüs, ağız və boğaz sistemləri və yumşaq toxumaların xərçəngindən əziyyət çəkmə ehtimalı daha yüksək olub.
...Kişilərdə də leykemiya, sidik yollarının xərçəngi, beyin xərçəngi, qadınlarda isə qalxanabənzər vəzi xərçəngi tapılıb.
Tədqiqatçılar müəyyən ediblər ki, PFAS hər il 6800-dən çox xərçəng hadisəsinə səbəb olur.
PFAS təxminən yüz ildir istifadə olunur. Hazırda birləşmələr mebel, qida qablaşdırması və digər istehlak məhsullarında və Birləşmiş Ştatlarda su təchizatının 45 faizində tapılır. ...Xərçəngin yayılmasının əsas səbəbi ömür uzunluğunun artmasıdır. Alimlər bununla mübarizə yollarını axtarmağa davam edirlər. Belə ki, ABŞ-da onlar xərçəngin müalicəsi üçün yeni üsul hazırlayıblar: insan hüceyrələrinə əsaslanan nanokapsullar şişin böyüməsini boğur.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə