Şəmkirdə iki minik maşını toqquşub, 5 nəfər ölüb - YENİLƏNİB 1

Bu gün saat 00:05 radələrində Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım bölməsinə yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan bir nəfər (kişi cinsli) hospitalizasiya olunub. SİA xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, 1996-cı il təvəllüdlü şəxsə burunun, alının və təpə nahiyəsinin, hər iki əlin üst səthinin sıyrılmış yarası diaqnozu qoyulub. Zəruri ilkin tibbi yardım göstərilib. Vəziyyəti qənaətbəx olduğu üçün ambulator müalicə üçün evə buraxılıb.

5 nəfərin isə həkiməqədər ölüm faktı qeydə alınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə