Sağlamlıq problemlərinin səbəbi: bişmiş məhsullar və qazlı içkilər...

...Ürək cərrahı Ceremi London infarkt və insult riskini artıran dörd məhsul və vərdişin adını açıqlayıb.

Beləliklə, SİA-nın məlumatına görə, həyat keyfiyyətini qorumaq, infarkt və insult riskini azaltmaq üçün ürək cərrahı Ceremi London dörd qida və vərdişdən imtina etməyi məsləhət görür.

Həkim ilk növbədə siqaretin zərərlərini xatırladıb. Onun sözlərinə görə, siqaret təkcə ağciyərlərə zərər vermir, həm də ürək-damar xəstəlikləri, o cümlədən ağciyər xərçəngi və insult riskini əhəmiyyətli dərəcədə artırır.

Alkoqol da orqanizmə zəhərli təsir göstərir. Söhbət sərinləşdirici içkilərdən gedirsə, London qazlı içkilər və enerji içkilərini tərkibində yüksək şəkər olduğuna görə onları “maye ölüm” adlandırır.

Digər xəbərdarlıq çörək və makaron istehlakı ilə bağlıdır. Həkimin fikrincə, hətta ən gərgin məşq də pis qidalanmanın vurduğu zərəri kompensasiya edə bilməz.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə