Dr.Xumar Novruzova: “Spirometriya müayinəsi vasitəsilə tənəffüs funksiyasının və oksigen mübadiləsinin mümkün patologiyaları, bronxial astmanın və xroniki obstruktiv ağciyər xəstəliyinin olması müəyyən edilir”. Spirometriya – (spiro - nəfəs alma, metria - ölçmə) ağciyərlərin ventilyasiya funksiyasını müayinə edən funksional diaqnostika metodur. SİA xəbər verir ki, bu metod tənəffüs edilən və çıxarılan havanın həcmini, onun tənəffüs yolundan keçmə sürətini qiymətləndirməyə imkan verən bir üsuldur. Bu müayinənin köməyi ilə tənəffüs funksiyasının və oksigen mübadiləsinin mümkün patologiyaları, bronxial astmanın və xroniki obstruktiv ağciyər xəstəliyinin olması müəyyən edilir. https://youtu.be/nLUCd9nlxC0
Hansı göstərişlər zamanı spirometriya müayinəsi tətbiq olunmalıdır?
Bronxial astma;
Ağciyərlərin xroniki obstruktiv xəstəliyı;
Döş qəfəsinin müxtəlif deformasiyaları;
Onurğa sütunun deformasiyası;
Siqaret çəkən insanlarda;
Tez -tez xəstələnən insanlarda;
Öskürək zamanı;
Təngnəfəslik zamanı;
Plevrit;
Pnevmoniya;
Tənəffüs çatışmazlığı dərəcəsinin müəyyən edilməsi üçün.
Mərkəzi Gömrük Hospitalının həkim-terapevti Xumar Novruzova tərəfindən spirometriya müayinəsinin aparılması ilə bağlı süjeti Sizə təqdim edirik.
Bütün xəbərlər Facebook səhifəmizdə