"Hamilələr arasında fərq var. Yəni hər hamilə individualdır". Bu sözləri SİA-ya açıqlamasında cərrah, mama-ginekoloq Ləman Əliyeva deyib.
Onun sözlərinə görə, bu hər kəsdə eyni olmur: "Ola bilər ki, tam fizioloji sağlam hamiləlik olar və hamilə ağır qaldırsa, heç bir şey olmaz. Belə ki, bu zaman sadəcə tonus, uşaqlıq əzələlərində gərginlik yaranar. Bu da qarında ağrı şəklində özünü biruzə verir. Bu halda hamilə qadın rahat uzanıb dincələrsə, ağrı keçib gedər".
Ləman Əliyeva sözlərinə belə davam edib: "Yaxud da düşük təhlükəsi olan, hər hansı başqa hamiləlik dövründə patalogiya ilə bu hamiləliyi keçirən qadınlar ağır iş görərsə, bu ona başqa cür təsir edə bilər. Məsələn, uşaqlıq boynunun çatışmazlığı. Hansı ki, serkulyaj deyilən bir əməliyyat var ki, müəyyən həftədə uşaqlıq boynuna tikiş atılır. Bu normal ölçüsündən uşaqlıq boynunun qısalmasıdır.
Hamilə ağır iş görərsə, uşaqlıq boynu tam açıla, tikiş cırıla bilər. Bu zaman erkən doğuş və çift gəlişi ola, qanaxma baş verə bilər. Belə bir çox halları sadalamaq olar".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə