Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Azərbaycana səfər edəcək. "Report" xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb. Bildirilib ki, nazir Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə bu gün keçiriləcək Nazirlər Kabinetinin iclasından sonra Bakıya yola düşəcək. Səfər çərçivəsində onun bir sıra görüşlər keçirəcəyi qeyd olunub.

Baş prokuror Kamran Əliyev paytaxtın Nizami rayonunda vətəndaşları qəbul edəcək. Bu barədə SİA-ya Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Baş prokuror Kamran Əliyev mayın 16-da saat 10:00-da Nizami rayon prokurorluğunun inzibati binasında rayonun hüquq-mühafizə orqanlarının icraatında olan cinayət işləri və materiallar üzrə, o cümlədən prokurorluq orqanlarının fəaliyyətinə aid məsələlərlə bağlı konkret müraciət və ya şikayəti olan vətəndaşların qəbulunu keçirəcək.

Vətəndaşlar qəbulla bağlı Nizami rayon prokurorluğuna yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin (012) 361-14-07 nömrəli və Bakı şəhər prokurorluğunun (012) 361-02-44 nömrəli telefonları, [email protected] elektron poçt ünvanı, eləcə də prokurorluğun sosial şəbəkələrdəki səhifələri (İnstagram, Facebook və X) vasitəsilə də qəbula yazıla bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə