Gəncədə 27 yaşlı kişi hündürlükdən yıxılaraq ölüb

Gəncə şəhərində 27 yaşlı kişi hündürlükdən yıxılaraq ölüb. SİA-nın məlumatına görə, hadisə şəhər ərazisində tikilməkdə olan restoranlardan birində qeydə alınıb.

İlkin məlumata əsasən, orada çalışan 27 yaşlı İ.Hüseynov tikilidən yıxılaraq aldığı xəsarətdən dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə