Qubada 76 yaşlı qadın dəm qazından boğulub. SİA xəbər verir ki, hadisə Quba şəhəri, Mirzəbaba Tahirov küçəsi 31 ünvanında baş verib.
1949-cu il təvəllüdlü Nazilə Zeynalova hamam otağında yuyunarkən su qızdırıcıdan dəm qazının hamam otağına sızması nəticəsində zəhərlənərək ölüb.
Faktla bağlı araşırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə