Yasamalda içməli su xəttində qəza baş verib, təmir işləri aparılır

Bakının Yasamal rayonu, Əhməd Cəmil küçəsi 72 ünvanından keçən içməli su xəttində qəza baş verib. Bu barədə SİA-ya Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) tabeliyində olan İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti bildirib.

Məlumata görə, hazırda müvafiq rayon sukanal idarəsinin qəza briqadası ərazidə təmir-bərpa işləri həyata keçirir. İşlərin gün ərzində başa çatdırılması planlaşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə