Bakıda minik avtomobili "KamAz" markalı yük avtomobili ilə toqquşub. SİA xəbər verir ki, hadisə mayın 3-də Qaradağ rayon ərazisində qeydə alınıb.
1989-cu il təvəllüdlü İsmayılov Elçin Rasif oğlunun idarə etdiyi “Toyota Prius” markalı avtomobil ilə 1990-cı il təvəllüdlü Kəlpəliyev Anar Həmidağa oğlunun idarə etdiyi “Kamaz” markalı yük avtomobili toqquşub.
Nəticədə “Toyota Prius” markalı avtomobilin sürücüsü 1989-cu il təvəllüdlü E.İsmayılov və həmin maşında olan sərnişinlər - 1990-cı il təvəllüdlü Mirzəyeva Mehriban Saday qızı, 1994-cü il təvəllüdlü Dəmirqayayev Coşqun İlham oğlu, 2005-ci il təvəllüdlü Süleymanov Zaur Sərxan oğlu, 1986-cı il təvəllüdlü Əliyev Xaliq Əhsən oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
Həkimlərin səyinə baxmayaraq C.Dəmirqayayev ötən gün müalicə olunduğu xəstəxanada ölüb.
Faktla bağlı cinayət işi başlanılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə