Bakıda svetoforlara 53 ədəd velosiped bölmələri quraşdırılıb - FOTO

Bakıda svetoforlara yeni nəsil, LED işıqlandırma ilə təchiz olunan velospied bölmələri quraşdırılıb. Bu barədə SİA-ya Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən 24 yolayrıcında olan svetoforlara 53 ədəd velosiped bölmələri quraşdırılıb.

Məlumatda bildirilib ki, yeni nəsil, LED işıqlandırma ilə təchiz olunan bu svetoforlar velosipedçilərin yollarda daha təhlükəsiz hərəkət etməsinə imkan verir.

Bu istiqamətdə işlər davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə