Sumqayıt şəhərində "KamAZ"ın üzərin hasar aşıb, sürücü hadisə yerində ölüb. SİA-nın məlumatına görə, hadisə şəhərin Hacı Zeynalabdin qəsəbəsində qeydə alınıb.
1980-ci il təvəllüdlü Natiq Haqverdiyev ona məxsus 90-SL-568 dövlət nömrə nişanlı yük maşınını hündür hasarın kənarında saxlayan zaman güclü külək hasarı avtomobilin üzərinə aşırıb. Sürücü aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə