Vətəndaşın 30 min manatını ələ keçirən şəxs saxlanılıb

Bakıda əmlak sənədi düzəltmək vədi ilə vətəndaşın 30 min manatını ələ keçirən şəxs saxlanılıb. SİA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, paytaxtın Binəqədi rayonu ərazisində dələduzluq hadisəsi qeydə alınıb.

Belə ki, əmlakın sənədləşdirilməsi vədi ilə bir nəfəri aldadıb 30 min manatını ələ keçirən 65 yaşlı Ə.Məmmədov saxlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə