Naxçıvan şəhərinin bəzi ərazilərində içməli su olmayacaq. SİA-nın məlumatına görə, Naxçıvan şəhərinin Əliqulu Qəmküsar, Babək məhəlləsi,Əlincə məhəlləsini içməli su ilə təmin edən magistral xətdə baş verən qəzanın aradan qaldırılması işləri ilə əlaqədar mayın 1-də saat 14:00-da bu ərazilərin müəyyən ünvanlarına suyun verilməsində fasilə yaranacaq.
İşlər bu gün ərzində yekunlaşdırılacaq və suyun əvvəlki rejimlə verilməsi bərpa ediləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə