Qusar rayonunda dörd gün əvvəl itkin düşən şəxsin meyiti aşkar olunub. SİA-nın məlumatına görə, aprelin 26-da evdən çıxıb geri qayıtmayan 84 yaşlı Qusar sakini Arif Uluxanovun meyiti tapılıb.
Onun meyiti yaşadığı Qusar şəhərindəki evin su arxında aşkar edilib.
Hadisə ilə bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə