Şəmkirdə azyaşlı dərmandan zəhərlənib. SİA-nın məlumatına görə, hadisə rayonun Mahmudlu kəndində qeydə alınıb. 2023-cü il təvəllüdlü Turqut Tapdıqov zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Tibbi yardımlara baxmayaraq, azyaşlı xəstəxanada ölüb.
Məlumata görə, azyaşlı evdə nəzarətiz qalan zaman dərman içib.
Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə