Çin azad edilmiş ərazilərin minalardan təmizlənməsi məsələsində Azərbaycanı dəstəkləyir

Çin Xalq Respublikası Azərbaycanı azad edilmiş ərazilərin minalardan təmizlənməsi məsələsində dəstəkləyir. SİA-nın məlumatına görə, bunu Çinin səfiri Lu Mey bu gün keçirilən mətbuat konfransında bildirib.

"Çin Azərbaycan ərazilərinin minalardan təmizlənməsi və minadan zərər çəkənlərə yardım göstərilməsi məqsədilə öz imkanları çərçivəsində humanitar yardım göstərməyə davam edir", - deyə səfir bildirib.

O qeyd edib ki, Pekin Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə başladılan azad edilmiş ərazilərin inkişafı və dirçəlişi strategiyasını dəstəkləyir, həmçinin ölkənin Azərbaycanın sosial inkişafına daha böyük töhfə vermək istəyini vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə