Bakıda ağacları kəsən tikinti şirkəti cəzalandırılıb. Bu barədə SİA-ya 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən məlumat verilib.
Qeyd olunub ki, İdarənin əməkdaşları nəzarət tədbirləri zamanı Nərimanov rayonu, İzəddin Həsənoğlu və Təbriz küçələrinin kəsişməsində "Ailə park" MTK tərəfindən aparılan söküntü işləri zamanı 15 ağac və kol bitkisinin kəsildiyini və təbiətə 13 min 380 manat məbləğində ziyan dəydiyini müəyyən edib.
İdarənin rəisi Qafar Ağayev bildirib ki, faktla bağlı akt tərtib olunub.
Təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Baş Prokurorluğa göndərilməsi üçün hazırlanır.
Kəsilmiş ağacların əvəzinə ərazidə yeni yaşıllıqların salınması üçün "Ailə park" MTK-ya tapşırıq verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə