Bu layihələrə 356 min manata yaxın maliyyə ayrılıb

2021-2024-cü illər ərzində mina problemi ilə bağlı 24 layihəyə 355 min 500 manat maliyyə dəstəyi göstərilib. SİA xəbər verir ki, bunu Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Layihələrin idarəedilməsi departamentinin müdiri Elnur Bağırlı deyib.

Onun sözlərinə görə, Azərbaycan da ən çox mina problemi ilə üzləşən ölkələr sırasındadır:

“Postmünaqişə dövründə 387 vətəndaşımız mina partlayışında həyat və sağlamlıqlarını itirib, ümumilikdə isə Azərbaycanda 4 000 yaxın mina qurbanı var”.

Bütün xəbərlər Facebook səhifəmizdə