Nazir xəstəxana direktorunu işdən çıxardı

2 nömrəli klinik psixiatriya xəstəxanasının direktoru İlqar Əfəndiyev vəzifəsindən azad edilib. SİA məlumat verir ki, bununla bağlı səhiyyə naziri Teymur Musayev əmr imzalayıb.

Nazirin digər əmri ilə Leyla Bəşirova 2 nömrəli klinik psixiatriya xəstəxanasının direktoru vəzifəsinə təyin edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə