Minadan zərərçəkmiş şəxslərlə bağlı videoçarx hazırlanıb. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən SİA-ya bildirilib ki, Ermənistanın işğal dövründə Azərbaycan torpaqlarını mina ilə çirkləndirməsi həmin ərazilərin Yer kürəsinin minalarla ən çox çirklənmiş ərazilərindən biri edib. Bu ərazilərdə hələ də partlamamış hərbi sursatlar qalmaqdadır.
Ermənistan minaların basdırıldığı dəqiq mina xəritələrini verməkdən boyun qaçırmaqla insan hüquqlarının pozulması ilə yanaşı, keçmiş məcburi köçkünlərin öz ata-baba yurdlarına qayıdış prosesinə də mane olur.
İşğaldan azad edilmiş ərazilərdə mina partlayışları nəticəsində 2020-ci ildən indiyədək həlak olanların və yaralananların sayı 400-ə yaxındır, onların arasında 30 ildir doğma yurduna qayıdışı səbirsizliklə gözləyən məcburi köçkünlər də var.
Bütün xəbərlər Facebook səhifəmizdə