Saxta məktəbli geyimlərinin satışının qarşısı alındı

Masazırda saxta məktəbli geyimlərinin satışının qarşısı alınıb. İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, nazirlik yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Abşeron rayonu, Masazır qəsəbəsi, Əliağa Vahid küçəsi, mənzil 70 ünvanında fəaliyyət göstərən fiziki şəxs Vüqar Rzayevə məxsus mağazada aparılan yoxlama zamanı digər sahibkarlıq subyektinə məxsus əmtəə nişanından qanunsuz istifadə edilməklə haqsız rəqabətə yol verildiyi müəyyən olunub.

Belə ki, mağazada "Bakı Tikiş Evi" ASC-yə məxsus "BTE" və "BTE Apparel" əmtəə nişanlarından qanunsuz istifadə edilməklə istehsal olunmuş saxta məktəbli geyimlərinin satışının həyata keçirildiyi aşkarlanıb və həmin mallar ticarət dövriyyəsindən çıxarılıb.

Yol verilmiş qanun pozuntusu ilə əlaqədar fiziki şəxs V.Rzayev barəsində qanunamüvafiq tədbirlər görülür.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...