"Vahid məktəbli geyim forması sosial bərabərliyə və sağlam təhsil mühitinə xidmət edir" - TƏHSİL EKSPERTİ

"Vahid məktəbli geyim forması sosial bərabərliyə və sağlam təhsil mühitinə xidmət edir" - TƏHSİL EKSPERTİ

"Vahid məktəbli geyim formasının tətbiqi, əlbəttə ki, sosial bərabərliyin, o cümlədən sağlam təhsil mühitinin formalaşması və digər aspektlər baxımından mühüm əhəmiyyət kəsb edir". Bu fikirləri SİA-ya açıqlamasında təhsil eksperti Elçin Əfəndi deyib.

Onun sölərinə görə, qeyd edim ki, hazırda tətbiq olunan formalı modellər ümumi məqsədə uyğun hazırlanıb və bizim də əsas nəzərdə tutduğumuz ondan ibarətdir ki, vahid məktəbli geyim formasından istifadə zamanı maksimum çalışılmalıdır ki, onun üzərində hər hansı dini elementlər daşınmasın: "Maksimum çalışılmalıdır ki, şagirdin hansısa dinə və ya cərəyana mənsub olması vahid məktəbli geyim formasında əks olunmasın. Bu baxımdan yaxşı olar ki, şagirdlər də bundan istifadə etməsinlər.

Qaldı ki, vahid məktəbli geyim forması, əlbəttə, valideynin də bir qədər maddi yükünü azaldır. Çünki valideyn həmin geyimin daha böyük ölçüsünü ala bilər və bir neçə il o geyimdən istifadə edə bilər. Yaxud da tədris ili boyunca müxtəlif geyimlər almaq əlavə maddi vəsaitlərin xərclənməsinə gətirib çıxara bilər. Bu nöqteyi-nəzərdən, birdəfəlik vahid geyim formasından istifadə valideynin də müəyyən mənada maliyyə yükünü azaltmış olur".

Müəllif: Lətifə Musayeva

Bütün xəbərlər Facebook səhifəmizdə