Azərbaycanın tanınmış botanika və geobotanika alimi, professor Elşad Qurbanovun elmi fəaliyyəti ölkənin flora və bitkilik örtüyünün öyrənilməsi sahəsində mühüm nəticələrlə yadda qalıb.
SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, professor Elşad Qurbanov bildirib ki, o, ilk dəfə Azərbaycan ərazisi üçün morfoloji və ekoloji xüsusiyyətləri, fitosenoloji quruluşu və fizionomik əlamətləri ilə fərqlənən “psevdomakki” bitkilik tipini müəyyən edib. Apardığı tədqiqatlar nəticəsində ərazi üçün 15-dək bitki növünün yeni yayılma arealları müəyyənləşdirilərək elmə təqdim olunub.
E.Qurbanov vurğulayıb ki, onun tərəfindən Azərbaycanın flora və bitkiliyinin genezisi də dəqiqləşdirilib. Bu tədqiqatların nəticələri əsasında endemik, relikt, nadir rast gəlinən və nəsli kəsilmək təhlükəsi altında olan bitki növlərinin və bitki birliklərinin mühafizəsi ilə bağlı təkliflər Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim edilib. Bundan əlavə, torpaqların geobotaniki tədqiqi metodikası və torpaqların qiymətləndirilməsi ilə bağlı elmi tövsiyələr Torpaq və Xəritəçəkmə Komitəsinə göndərilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB