Azərbaycan Gənc Müəllimlər Assosiasiyası sədr və sədr müavinləri vəzifələrinə seçkilər keçirir

Azərbaycan Gənc Müəllimlər Assosiasiyası sədr və sədr müavinləri vəzifələrinə seçkilər keçirir

Azərbaycan Gənc Müəllimlər Assosiasiyası (AGMA) seçkili orqanları (sədr, sədr müavinləri, İdarə Heyəti və Mərkəzi Nəzarət-Təftiş Komissiyasının üzvlüyü) üçün müraciətləri açıq elan edir. Sədrlik üçün müraciət edən namizədlərə dair xüsusi tələblər və qeydiyyat linki AGMA-nın saytında yerləşdirilib. AGMA-dan SİA-ya bildirilib ki, sədr müavinliyi, İdarə Heyəti və Mərkəzi Nəzarət-Təftiş Komissiyasının üzvlüyünə müraciət üçün isə CV, tərcümeyi-hal və tövsiyə məktubunu [email protected] elektron poçt ünvanına müvafiq başlığı yazmaqla göndərmək mümkündür.

Müraciətlər sentyabrın 10-dək qəbul edilir.

Ətraflı məlumatı https://agma.az/ads/127 saytından əldə etmək olar.

Bütün xəbərlər Facebook səhifəmizdə