Azərbaycan Gənc Müəllimlər Assosiasiyası (AGMA) seçkili orqanları (sədr, sədr müavinləri, İdarə Heyəti və Mərkəzi Nəzarət-Təftiş Komissiyasının üzvlüyü) üçün müraciətləri açıq elan edir. Sədrlik üçün müraciət edən namizədlərə dair xüsusi tələblər və qeydiyyat linki AGMA-nın saytında yerləşdirilib. AGMA-dan SİA-ya bildirilib ki, sədr müavinliyi, İdarə Heyəti və Mərkəzi Nəzarət-Təftiş Komissiyasının üzvlüyünə müraciət üçün isə CV, tərcümeyi-hal və tövsiyə məktubunu agma.cv@gmail.com elektron poçt ünvanına müvafiq başlığı yazmaqla göndərmək mümkündür.
Müraciətlər sentyabrın 10-dək qəbul edilir.
Ətraflı məlumatı https://agma.az/ads/127 saytından əldə etmək olar.