“Dönüş”lü illərim” kitabı çapdan çıxıb

AMEA Folklor İnstitutunun Mifologiya şöbəsinin aparıcı elmi işçisi dosent, “Xudafərin” qəzetinin baş redaktoru Şakir Albalıyevin “Dönüş”lü illərim” kitabı çapdan çıxıb.

SİA xəbər verir ki, kitabda müəllifin köçkünlük illərinin ilk dövrlərində Saatlı rayonunun qəzeti olan “Dönüş”də çap olunmuş ədəbi-bədii və elmi-publisistik yazıları toplanıb. Həmçinin kitabın ikinci bölməsində müəllifin həmin dövrdə digər mətbu orqanlardakı məqalələrindən bəzi nümunələr verilib.

“Gənclik” nəşriyyatında işıq üzü görən kitab “Dönüş” qəzetinin 70 illik yubileyinə müəllifin töhfəsidir.

Bütün xəbərlər Facebook səhifəmizdə