Qazaxıstanlı tələbələr Azərbaycan universitetlərində təhsil ala biləcək
İki ölkənin müvafiq qurumları arasında təhsil sahəsində əməkdaşlıq haqqında saziş çərçivəsində Azərbaycan hökuməti Qazaxıstan vətəndaşlarına 2024/2025-ci tədris ilinə 10 qrant təklif edib.
SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, bu barədə Qazaxıstan Respublikasının Elm və Ali Təhsil Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir.
Təhsil Azərbaycan və ingilis dillərində aparılacaq. Tədris dili və ya ixtisas üzrə biliyi kifayət qədər olmayan tələbələr üçün hazırlıq kursları təşkil olunur.
Qrant pulsuz təhsil, aylıq təqaüd və tibbi sığortanı ehtiva edir.
Qalan xərclər, o cümlədən nəqliyyat xərcləri, qrant sahibi özü tərəfindən ödənilir.
Bütün xəbərlər Facebook səhifəmizdə