AMEA-da Məhtimqulu Fəraqi Türkmən Ədəbiyyatı Mərkəzi açılacaq

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Məhtimqulu Fəraqi Türkmən Ədəbiyyatı Mərkəzi açılacaq. SİA xəbər verir ki, bunu AMEA prezidenti, akademik İsa Həbibbəyli Türkmənistan Elmlər Akademiyasının prezidenti Allaberdi Aşırov ilə görüşündə deyib.

O qeyd edib ki, bu gün mərkəzin açılış mərasiminin və “Məhtimqulu Fəraqi və Azərbaycan ədəbiyyatı” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək.

İ. Həbibbəyli həmin mərkəzin Azərbaycanda Türkmənistan evinə, mədəniyyət və ədəbiyyat mərkəzinə çevriləcəyini söyləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə