“Təlim və inkişaf sistemində müasir çağırışlar” mövzusunda forum keçirilib - YENİLƏNİB

Dövlət İmtahan Mərkəzi və İqtisadiyyat Nazirliyinin birgə təşkilatçılığı ilə müxtəlif dövlət orqanları tərəfindən bu sahədə görülən işlərin müzakirəsi və əlaqələndirilməsi üçün “Təlim və inkişaf sistemində müasir çağırışlar” mövzusunda forum keçirilib. SİA xəbər verir ki, forumda açılış nitqi ilə çıxış edən Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə dövlət qulluqçularının peşəkarlıq səviyyəsinin yüksəldilməsinə dövlət orqanlarının marağının artırılması, dövlət orqanlarının tədris mərkəzlərinin fəaliyyətinin təkmilləşdirilməsi və əlaqələndirilməsi, dövlət qulluqçularının təlimə olan tələbatını hərtərəfli ödəyən və müasir tələblərə cavab verən effektli və davamlı təlim sisteminin formalaşdırılması barədə danışıb. Sədr, həmçinin dövlət qulluğuna qəbul zamanı biliyə əsaslanan qiymətləndirmə formasından səriştə əsaslı qiymətləndirməmodelinə keçidlə bağlı məlumat verib.

Daha sonra çıxış edən iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev qeyd edib ki, yeni strateji inkişaf mərhələsində davamlı iqtisadi artım drayverlərinin fəallaşdırılması, innovativ cəmiyyətin təşviqi, dövrün tələblərinə uyğun təhsil sisteminin inkişaf etdirilməsi xüsusi önəm kəsb edir. Bu strateji hədəflərəDördüncü Sənaye İnqilabının əsas elementlərindən biri olantəlim və təhsilin transformasiyası ilə nail olmaq mümkündür. Elnur Əliyev insan kapitalının inkişafı məqsədilə İqtisadiyyat Nazirliyi tərəfindən həyata keçirilən layihələr barədə məlumat verib, dövlət qulluqçularının peşəkarlığının davamlı artırılmasıməqsədilə Dövlət İmtahan Mərkəzi ilə səmərəli əməkdaşlığı vurğulayıb.

Forum çərçivəsində Dövlət İmtahan Mərkəzi və İqtisadiyyat Nazirliyinin Təlim Tədris Mərkəzi arasında anlaşma memorandumu da imzalanıb.

Forum dövlət orqanları və ali təhsil müəssisələrinin nümayəndələrinin panel çıxışları ilə davam edib. Burada “yaşıl iqtisadiyyat”, “yaşıl dünya” üçün “yaşıl təhsil”, hibrid təhsil, dövlət qulluğunda insan kapitalının inkişafı ilə bağlı məsələlər müzakirə edilib.

Dövlət İmtahan Mərkəzinin Səriştələrin və peşəkar potensialın qiymətləndirilməsi şöbəsinin müdiri Pərviz Kazımov “Dövlət qulluğunda beynəlxalq təcrübəyə əsaslanan səriştə (kompetensiya) modelinin tətbiqi” mövzusunda təqdimat edib. Çıxışda dövlət qulluğuna qəbul və fəaliyyətin qiymətləndirilməsində səriştə modeli və bu sahədə beynəlxalq təcrübə barədə məlumat verilib.

Dövlət İmtahan Mərkəzinin Dövlət strategiyası ilə iş və insan kapitalının inkişafı şöbəsinin müdiri Elnur Abbasov isə “Təlimlər üzrə vahid elektron idarəetmə informasiya sistemi” adlı təqdimatla çıxış edib. E.Abbasov dövlət orqanlarında təlimlərətələbat, təlimlərin elektron idarəedilməsi və qiymətləndirilməsi, hesabatlılığın təmin olunması barədə danışıb.

Forumun sonunda iştirakçıların sualları cavablandırılıb və fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə