BDU və Kumamoto Universiteti əməkdaşlıq edəcək

Bakı Dövlət Universiteti (BDU) və Yaponiyanın Kumamoto Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Sənədi BDU-nun rektoru Elçin Babayev və Kumamoto Universitetinin prezidenti Oqava Hisao imzalayıblar. BDU-dan SİA-ya bildirilib ki, müqaviləyə əsasən, universitetlər arasında akademik, inzibati heyətin, tələbə və tədqiqatçıların, tədqiqat materiallarının və elmi nəşrlərin mübadiləsi nəzərdə tutulur.

Kumamoto Universiteti “Times Higher Education” dünya universitetləri reytinqində 801-1000, QS reytinqində isə 901-950-ci pillədə yer alır.

Bütün xəbərlər Facebook səhifəmizdə