Azərbaycanda Şimali Kipr universitetlərinin sərgisi keçirilir - FOTOLAR

Paytaxt Bakıda Şimali Kipr universitetlərinin sərgisi keçirilir. SİA xəbər verir ki, tədbirdə Şimali Kipr Türk Respublikasının təhsil naziri Nazım Çavuşoğlu, bu ölkənin Azərbaycandakı nümayəndəsi Ufuk Turqaner, Azərbaycan Respublikasının deputatı Hikmət Babaoğlu, diplomatlar, Şimali Kipr universitetlərinin rektorları iştirak edirlər.

Bu gün saat 17:00-a qədər davam edəcək sərginin keçirilməsində məqsəd Şimali Kipr universitetlərini tanıtmaq, həmçinin ölkənin təhsil sahəsində olan imkanlarının təqdimatını etməkdir.

Bütün xəbərlər Facebook səhifəmizdə