“İnsan kapitalına investisiya qoyulması çox vacibdir“ - Məleykə Abbaszadə

“İnsan kapitalına investisiya qoyulması çox vacibdir. Ölkəmizdə də bu istiqamətdə çox ciddi proseslər gedir”. SİA xəbər verir ki, bu sözləri Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə “Təlim və inkişaf sistemində müasir çağırışlar” mövzusunda forumda çıxışı zamanı deyib.

M.Abbaszadə dövlət qulluqçularının peşəkarlıq səviyyəsinin yüksəldilməsinə dövlət orqanlarının marağının artırılması, dövlət orqanlarının tədris mərkəzlərinin fəaliyyətinin təkmilləşdirilməsi və əlaqələndirilməsi məsələlərinə toxunub. Həmçinin dövlət qulluğuna qəbul zamanı biliyə əsaslanan qiymətləndirmə formasından səriştə əsaslı qiymətləndirmə modelinə keçidlə bağlı məlumat verib.

Bütün xəbərlər Facebook səhifəmizdə