ABŞ-nin Azərbaycandakı səfirliyi iyunun 1-də Beynəlxalq Təhsil üzrə Amerika Şurası ilə birgə Birləşmiş Ştatlarda təhsil almağa marağı olan orta məktəb və universitet tələbələri, eləcə də onların valideynləri üçün EducationUSA Məzun Sərgisini təşkil edəcək. SİA-nın məlumatına görə, EducationUSA Məzun Sərgisində ABŞ səfirliyinin mübadilə proqramları və 35-dən çox ABŞ universiteti təmsil olunacaq.
Həmçinin, səfirliyin konsulluq xidmətinin əməkdaşları tələbə vizaları ilə bağlı məlumat verəcəklər.
Müvəqqəti işlər vəkili Hüqo Qevara tədbirdə açılış nitqi ilə çıxış edəcək.
Sərgi iyunun 1-i saat 11:00-dan 14:00-a kimi Landmark-ın Rotunda Zalında keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB