Naxçıvanda keçirilən imtahanlarda 2300-dən çox abituriyent iştirak edib
Dövlət İmtahan Mərkəzi II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirib. İmtahan respublikanın 22 şəhər və rayonunda təşkil edilib.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, muxtar respublikada keçirilən imtahanda ümumilikdə 2318 abituriyent iştirak edib. İmtahanın idarə olunmasına 30 rəhbər, 227 nəzarətçi ayrılıb. İmtahan saat 10:00-da başlanıb və 3 saat davam edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB