"Məktəblərdə heç də yalnız müəllimlər siqaret çəkmir" - TƏHSİL EKSPERTİ AÇIQLADI

"Hal-hazırda 4 min 432 orta ümumthsil məktəbində 150 min müəllim var ki, onların 81 faizini qadınlar, yerdə qalan hissəsini isə kişi müəllimlər təşkil edir. Əlbəttə, ümumilikdə təhsil müəssisələrinin ərazisində siqaret çəkmənin məhdudlaşdırılması çox yaxşı bir addımdır. Ona görə ki, bu fiziki olaraq həmin təhsil müəssisəsində çalışanların sağlamlığı üçün də vacibdir. Çünki orta ümumtəhsil məktəblərində heç də yalnız müəllimlər siqaret çəkmir. Çox təəssüflər olsun ki, bu gün şagirdlər arasında da siqaret çəkmə halları kütləvidir. Hətta apardığımız kiçik monitorinqlər onu göstərir ki, şagirdlər arasında siqaret çəkmə halları hədsiz dərəcədə çoxalıb. Xüsusən 9-11-ci sinif şagirdlərində siqaret alüdəçiliyi var. Hesab edirəm ki, yeni qaydalar çox yaxşı oldu və bu hallar inzibati xəta hesab oluna biləcək". Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.

Kamran Əsədov sözlərinə belə davam edib: "Orta ümumtəhsil məktəblərində siqaret çəkmənin məhdudlaşdırılması şagirdlərin sağlamlığı üçün vacibdir. Bu məktəblərdə pis qoxunun aradan qalxmasına, şagirdlər arasında konfliklərin olmasına gətirib çıxarırdı. Hətta bir neçə gün bundan əvvəl şagirdin birinin digərinin alışqanını siqaret çəkmək üçün alaraq qaytarmayıb və bu onun həyatını itirməsi ilə nəticələnib.

Ümumilikdə ümumtəhsil məktəblərində tütün məmulatları, spirtli və enerji içkilərindən istifadə də məhdudlaşıdırılmalıdır. Hətta bu məhsulların satışı da məktəbə yaxın olan obyektlərdə olmamalıdır. Çox təəssüf ki, bu gün Bakıda və bölgələrdə məktəbin qarşısında müıəyyən köşklərdə bu məhsullar satılır. Bunlar şagird müəllim münasibətləri üçün də vacib bir amildir. Çünki bəzən müşahidə edirik ki, şagirdlərin tütün məmulatlarından istifadə etməsi onların müəllimlə münasibətlərini pisləşdirən haldır. Ötən gün sosial şəbəkələrdə müəllimlə şagirdlər arasında bu barədə konfliklər baş vermişdi. Bununla bağlı qaydaların işləkliyini təmin etməliyik".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə