Serbiya Azərbaycana investisiyalar yatırmaq istəyir. SİA-nın məlumatına görə, bu sözləri Azərbaycanda səfərdə olan Serbiya-Azərbaycan Ticarət Palatasının prezidenti Mirko Baraç jurnalistlərə açıqlamasında deyib. O, iki ölkə arasındakı əməkdaşlığın inkişafına ölkə rəhbərlərinin də dəstək verdiyini bildirib.
Serbiyanın Azərbaycanda həyata keçirmək istədiyi ən böyük layihənin akkumlyator zavodunun tikintisi olduğunu deyən M.Baraç bildirib ki, zavodda ən müasir texnologiyalardan istifadə olunacaq: "Serbiya istehsalı olan akkumlyatorlar Azərbaycan bazarında yer alıb. Bu zavodun tikintisi Azərbaycan hökuməti tərəfindən də dəstəklənir. Ümid edirəm ki, zavodun tikintisinə yaxın vaxtlarda başlanacaq. Zavodun tikilməsi 18 ay vaxt aparacaq. İlk olaraq il ərzində yarım milyon akkumlyatorun istehsalını planlaşdırırıq. Gələcəkdə bu rəqəmin artırılması və akkumlyatorların Xəzəryanı ölkələrə də ixracı nəzərdə tutulur".
Serbiya-Azərbaycan Ticarət Palatasının prezidenti Bakı-Belqrad aviareysin açılması, həmçinin Bakı-Belqrad-Sürix reysinin bərbası üçün "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyəti ilə müzakirələrin aparılacağını deyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB