Bakıda vətəndaşların rahat və təhlükəsiz hərəkətinin təmin olunması məqsədilə paytaxtın daha iki yol sahəsində təmir işləri həyata keçiriləcək.
SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, bu məqsədlə asfalt örtüyünün yenilənməsi ilə əlaqədar Abbasqulu ağa Bakıxanov və Nazim Hikmət küçələrinin müəyyən hissələrində nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq tam məhdudlaşdırılacaq.
Belə ki, Abbasqulu ağa Bakıxanov küçəsində (Azadlıq prospektindən Ceyhun Hacıbəyli küçəsinədək) iyulun 3-də saat 21:00-dan iyulun 6-da saat 06:00-dək nəqliyyat vasitələrinin hərəkəti üçün tam bağlanacaq.
Nazim Hikmət küçəsində isə (Mətbuat prospektindən Abbas Mirzə Şərifzadə küçəsinədək) 5 iyul saat 07:00-dan 7 iyul saat 23:00-dək hərəkət tam məhdudlaşdırılacaq.
Sürücülərə təmir işləri aparılan müddətdə alternativ marşrutlardan istifadə etmələri, həmçinin müvəqqəti yol nişanlarının və hərəkətin təşkili ilə bağlı tənzimləyici vasitələrin tələblərinə ciddi əməl etmələri tövsiyə olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB