Bakı-Tbilisi-Ərzurum boru kəməri ilə indiyədək Türkiyəyə ixrac olunan təbii qazın həcmi açıqlanıb

Bakı-Tbilisi-Ərzurum boru kəməri ilə indiyədək Türkiyəyə ixrac olunan təbii qazın həcmi açıqlanıb

Bakı-Tbilisi-Ərzurum boru kəməri ilə fəaliyyətə başladığı tarixdən indiyədək Türkiyəyə təxminən 86 milyard kubmetr təbii qaz ixrac olunub.

SİA xəbər verir ki, bu barədə Energetika Nazirliyi məlumat yayıb.

Qeyd edək ki, boru kəmərinin istifadəyə verilməsindən 19 il ötür. “Şahdəniz” qaz-kondensat yatağından çıxarılan təbii qaz kəmər vasitəsilə Türkiyəyə nəql olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə