Azərbaycandan tranzit keçməklə Ermənistana növbəti tədarük həyata keçirilib

Azərbaycandan tranzit keçməklə Ermənistana növbəti tədarük həyata keçirilib

İyulun 3-də Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib.

SİA xəbər verir ki, 14 vaqondan ibarət, çəkisi 976 ton olan buğda Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndərilib.

Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 35 min tondan çox taxıl, 8 min tona yaxın gübrə, 133 ton alüminium, 68 ton qarabaşaq və 414 ton antrasit göndərilib.

Eyni zamanda, indiyədək Azərbaycandan Ermənistana 14 min tondan çox dizel, 5 min tona yaxın Aİ-92 və Aİ-95 benzini ixrac olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə