Qırğızıstan Belarusdan yanacaq idxal etmək istəyir...

Ölkə əvvəllər yanacağın böyük hissəsini Rusiyadan alırdı...
Qırğızıstan Belarusdan yanacaq idxal etmək istəyir...

...Qırğızıstan Belarusa yanacaq tədarükü üçün sorğu göndərib. SİA-nın əldə etdiyi məlumata görə, Mərkəzi Asiya ölkəsi enerji təhlükəsizliyini təmin etmək üçün tədbirlər görür.

...Sabit yanacaq tədarükünü qorumaq üçün Rusiya Federasiyası, Qazaxıstan Respublikası, Belarus Respublikası, Azərbaycan Respublikası, Özbəkistan Respublikası və Türkmənistanın səlahiyyətli dövlət qurumlarına rəsmi sorğular göndərilib. Paralel olaraq, tədarükü şaxələndirmək və bu sahədə beynəlxalq əməkdaşlığı genişləndirmək üçün danışıqlar aparılır, - Qırğızıstan Energetika Nazirliyi bildirib. Qırğızıstan yanacaq və sürtkü yağlarının əksəriyyətini idxal edir.

Lakin onun əsas təchizatçısı olan Rusiya hazırda Ukraynanın Rusiya neft emalı zavodlarına dron hücumlarından sonra problemlər yaşayır.

Rusiya yanacaq çatışmazlığı yaşayır və ölkədən benzin ixracı qadağan edilib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə