"Azərbaycan Hava Yolları" QSC (AZAL) Qazaxıstanın Atırau və Aktöbə şəhərlərinə birbaşa müntəzəm reyslərə başlayır.
SİA AZAL-a istinadən xəbər verir ki, yeni istiqamətlər Azərbaycan ilə Qazaxıstan arasında nəqliyyat əlaqələrinin genişləndirilməsinə və sərnişinlər üçün səyahət imkanlarının artırılmasına xidmət edəcək. Yeni istiqamətlərə biletlər artıq satışdadır.
Atırau istiqamətində İlk reys 16 avqust 2026-cı il, Aktöbə istiqamətində isə 16 sentyabr 2026-cı il tarixində həyata keçiriləcək. Bakı-Atırau-Bakı marşrutu üzrə uçuşlar həftədə 4 dəfə, bazar ertəsi, çərşənbə axşamı, cümə və bazar günləri həyata keçiriləcək. Bakı- Aktöbə-Bakı marşrutu üzrə isə həftədə 3 dəfə, bazar ertəsi, çərşənbə axşamı və cümə günləri yerinə yetiriləcək.
Yeni reyslər Qərbi Qazaxıstanın mühüm iqtisadi mərkəzlərinə birbaşa hava əlaqəsi yaradaraq işgüzar səfərləri daha rahat edəcək, eyni zamanda turizm və humanitar mübadilənin inkişafına əlavə imkanlar açacaq.
Atırau Qazaxıstanın neft-qaz sənayesinin əsas mərkəzlərindən biri və Xəzəryanı regionun əsas iqtisadi şəhərlərindən hesab olunur . Aktöbə isə sənaye, logistika və ticarət sahələrində inkişaf etmiş infrastrukturu ilə ölkənin mühüm regional mərkəzlərindən biridir.
Aviabiletləri rəsmi www.azal.az saytından, aviaşirkətin mobil tətbiqindən, kassalarından və akkreditə olunmuş agentliklərdən əldə edə bilərsiniz.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
“Yeni Yalta”nın ilk və son günləri...
Rəy 20:26“Qəribə bir dairə yaranır”: iqtisadçı Kremlə xəbərdarlıq etdi...
İqtisadiyyat 20:07Mən rusların isteriyasından razıyam…
Rəy 19:51Avropa Rusiya qazına “krest” qoyub…
İqtisadiyyat 19:28İtaliyalı nazir Bakıda Şəhidlər xiyabanını ziyarət edib
Siyasət 18:32“Tanrım, bizi belə dostlardan qoru”...
Dünya 18:27Allahşükür Paşazadə Moskvada Patriarx Kirillə görüşüb
Siyasət 17:50Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Sosial 17:23Jıva Tünzalə Ağayevanın bəstəsini ifa etdi
Şou-Biznes 17:13Ukraynada mənzil qiymətləri 20%-dən çox artıb
Dünya 16:21Yeni Konstitusiya Ermənistanı dəyişəcəkmi? - RAKURS
Siyasət 16:19Azərbaycanda elektroenergetika sahəsində komissiya yaradılıb
İqtisadiyyat 16:01Nar Oyun Mərkəzində oyna, smartfon qazan!
Texnologiya 15:19Bakıda yeni uşaq bağçası istifadəyə verilib
Təhsil 14:41Barbra Streisand Trampı sərt tənqid etdi…
Dünya 13:40Sabah Azərbaycanda 20 dərəcə isti olacaq
Sosial 12:35Paşinyan “topu” erməni xalqına atdı...
Siyasət 12:12Günəş, Ay piramidaları və çəyirtkə qurusu
Mədəniyyət 11:58Növbələrdə itən saatlar - KÖŞƏ
Sosial 11:00Azərbaycanda ən yüksəkgərginlikli yeni enerji dəhlizi yaradılır
İqtisadiyyat 10:45Bakıda körpə 11-ci mərtəbədən yıxılaraq ölüb
Hadisə 10:41Birjalarda neft bahalaşıb
İqtisadiyyat 10:25Astarada 10 kiloqramdan artıq narkotik aşkarlanıb
Hadisə 10:24Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 10:22Dahi bəstəkar Üzeyir Hacıbəylinin anım günüdür
Mədəniyyət 09:51Ümumtəhsil müəssisələrində payız tətili başa çatıb
Təhsil 09:40Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,8669
+0,02%
-
GBP
2,2284
+0,00%
-
RUB
2,0809
+0,35%



