İranda illik inflyasiya iyun ayında 88,6%-ə yüksələrək yeni rekord müəyyən edib. Bu barədə İran Statistika Mərkəzi məlumat yayıb. “22 may–21 iyun ərzində ərzaq qiymətləri ötən ilin eyni dövrü ilə müqayisədə kəskin artıb. Çörək və dənli bitkilər 138,8%, süd, pendir və yumurta 151,9%, qırmızı ət və quş əti isə 178,2% bahalaşıb. Fevral ayında inflyasiya 68%, 2025-ci ilin dekabrında isə 52,6% təşkil edirdi.
Kənd yerlərində vəziyyət daha ağırdır – illik inflyasiya 108,1%-ə yüksəlib. 11 vilayətdə qiymət artımı 100%-i keçib. Ən yüksək inflyasiya İlam (114,7%), Kürdüstan (111,7%) və Loristan (109,8%) vilayətlərində qeydə alınıb”, - məlumatda qeyd edilib.
Mətləb
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB